Layihə rəhbəri: "Fermerlərə qabaqcıl qərarvermə mexanizmləri təqdim olunub"

ASK
  • 15 oktyabr, 2026
  • 11:00
Layihə rəhbəri: Fermerlərə qabaqcıl qərarvermə mexanizmləri təqdim olunub

Azərbaycanda fermerlərə qabaqcıl qərarvermə mexanizmləri təqdim olunub.

"Report" xəbər verir ki, bunu Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov layihənin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təqdim olunan sistem akademik məlumatların işlək modula çevrilməsidir: "Bu yeniliyin sayəsində fermerlər yetkin fərdlərin, yumurtaların və pupa fazalarının inkişaf mərhələlərini izləyə bilir. Fermer bəzən doğru pestisid açsa belə, doğru faza da olmadığı üçün heç bir mübarizə tədbiri apara bilmir. Amma burada artıq fazanı gördüyü üçün fermer məlumatı daha yaxşı emal edib daha da düzgün qərar verə bilir".

S.Novruzov vurğulayıb ki, sistemdə ölkədə əsas bitkilərə təsir göstərən 18 xəstəlik və zərərverici modulu toplanıb: "Modul zərərvericinin fazasını, istifadə olunacaq ana maddə və dərmanları qeyd etməklə yanaşı, növbəti üç gün ərzində onun hansı fazada olacağını da göstərir. Bundan əlavə, fermerlər yetişdirdikləri müxtəlif meyvə sortları üzrə ayrı-ayrılıqda risk səviyyələri və göstəriciləri ilə tanış ola bilirlər".

44 - Tezliklə