Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək

Futbol
  • 08 may, 2018
  • 11:40
Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək

Bakı. 8 may. REPORT.AZ/ “Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində Bakıda konsert verən Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində də səhnə alacaq.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kosovo əsilli britaniyalı müğənni mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları arasındakı həlledici görüşdən əvvəl öz mahnılarını ifa edəcək.

“Olimpiyski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçirilib. Üç gün ərzində ardıcıllıqla “Jamiroquai” qrupu, Kristina Agilera və Dua Lipa Bakı Kristal Zalında konsert proqramı ilə çıxış ediblər.

44 - Tezliklə