DÇ-2026: İsveçrə Kolumbiyanı penaltilər seriyasında üstələyərək sonuncu 1/4 finalçı olub - YENİLƏNİB-6
- 08 iyul, 2026
- 02:51
Futbol üzrə dünya çempionatında İsveçrə Kolumbiyanı məğlub edib.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.
Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyununda əlavə vaxt başa çatıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qələbə qazanan tərəf çıxmadığı üçün penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyununda əlavə vaxt başlayıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər burada da qələbə qazanan tərəf çıxmasa, penatilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyununun əsas vaxtı başa çatıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da qələbə qazanan tərəf çıxmasa, penatilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, "BC Place" stadionunda keçirilən 1/8 final mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.