DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB - 7

Futbol
  • 16 noyabr, 2025
  • 22:51
DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdəki son matçında Fransa yığmasına uduzub - YENİLƏNİB - 7

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.

Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.

D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 2:0.

Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda qonaqlar öndədir - 3:1.

4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Fransa yığmasında isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 3:1.

4-cü dəqiqədə Renat Dadaşov hesabı açıb. Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:1.

45+1-ci dəqiqədə Kefrren Türam adını tabloya yazdırıb.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar bu dəfə hesabda önə keçiblər - 2:1.

30-cu dəqiqədə Manes Akliuş fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar tarazlığı bərpa ediblər - 1:1.

17-ci dəqiqədə Jan-Filipp Mateta fərqlənib.

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi matçda hesabı açıb.

4-cü dəqiqədə Renat Dadaşov rəqibi məyus edib.

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan - Fransa oyunu başlayıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Matçı latviyalı Andris Treymanis idarə edir.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti