David Qordo: "Futbolçular Bakıda qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar"

Futbol
  • 31 oktyabr, 2026
  • 15:12
David Qordo: Futbolçular Bakıda qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar

İspaniya millisinin futbolçuları Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar.

"Report"un məlumatına görə, bunu FIFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın baş məşqçisi David Qordo deyib.

İspaniyalı mütəxəssis turnirin gənc idmançılar üçün əvəzsiz təcrübə olduğunu bildirib:

"Gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, bu günü hər zaman xatırlayacaqlar. FIFA bu formatı və turniri dəstəkləməkdə davam etməlidir, çünki dünyanın hər yerindən gələn futbolçular üçün bu təcrübə əvəzsizdir".

Baş məşqçi komandasının əsas gücünü gənclərin peşəkar olmaq arzusu ilə əlaqələndirib:

"Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq istəyindən irəli gəlir. İspaniyada uşaq futbolunda çalışan bütün məşqçilərin əməyi mükəmməldir. Futbolçular milliyə gələndə artıq yüksək səviyyədə olurlar ki, bu da işimizi xeyli asanlaşdırır".

Qeyd edək ki, İspaniya yığması finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək U-15 dünya çempionatı və festivalının qalibi olub.

44 filmi