Çempionlar Liqasında IV turun oyunlarına yekun vurulub - VİDEO
- 02 noyabr, 2016
- 21:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gecə keçirilən daha 8 oyunla futbol üzrə Çempionlar Liqasında IV tura yekun vurulub.
"Report" xəbər verir ki, turun ikinci oyun günündə daha 3 komanda - Dortmund "Borussiya"sı, "Lester" və "Sevilya" növbəti mərhələyə vəsiqəni təmin edib.
Turun mərkəzi görüşü Turində "Yuventus" (İtaliya) və "Lion" (Fransa) klubları arasında baş tutub. Görüş meydan sahiblərinin hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi olaraq 13-cu dəqiqədə hesab açılıb; Gonzalo İquain italiyalıları önə çıxarıb. Görüşün sonlarına yaxın fransalılar təzyiqi artırıb və 85-ci dəqiqədə Korentin Tolissonun qolu ilə məğlubiyyətdən yaxa qurtara biliblər. Bu, "Yuventus"un əfsanəvi qapıçısı Canluicci Buffonun mötəbər turnirdə 100-cü oyunu olub.
Gecənin əsas sensasiyası Varşavada olub. "Real Madrid" boş tribunalar önündə "Legiya" ilə matçda xal itirib. Nəticədə qrupun debütantı olan "Legiya" ilk xalını qazanıb. "Real Madrid", "Lester", "Yuventus" heç-heçə etdiklərindən 1/8 finala vəsiqələrini rəsmiləşdirə bilməyiblər.
Çempionlar Liqası, qrup mərhələsi, IV tur
E qrupu
"Monako" (Fransa) - MOİK (Moskva, Rusiya) - 3:0
Qollar: Valere Qermayn, 13, Radamel Falkao, 29, 41
"Tottenhem" (İngiltərə) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:1
Qol: Kevin Kampl, 65
Xal durumu: "Monako" - 8, "Bayer" - 6, "Tottenhem" - 4, MOİK - 2
F qrupu
"Legiya" (Polşa) - "Real Madrid" (İspaniya) - 3:3
Qollar: Vadis Ocica Ofoe, 40, Miroslav Radoviç, 58, Tibault Mulin, 83, Qaret Beyl, 1, Kərim Benzema, 35, Mateo Kovaçiç, 85
"Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Ardian Ramos, 12
Xal durumu: "Borussiya" D - 10, "Real Madrid" - 8, "Sportinq" - 3, "Legiya" - 1.
G qrupu
"Kopenhagen" (Danimarka) - "Lester" (İngiltərə) - 0:0
"Portu" (Portuqaliya) - "Brügge" (Belçika) - 1:0
Qol: Andre Silva, 37
Xal durumu: "Lester" - 10, "Portu" - 7, "Kopenhagen" - 5, "Brügge" - 0.
H qrupu
"Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 1:1
Qollar: Qonzalo İquain, 13-pen - Korentin Tolisso, 85
"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 4:0
Qollar: Lusiano, Vyetto, 31, Sercio Eskudero, 67, Steven N Zonzi, 80, Vissam Ben Yedder, 87
Qırmızı vərəqə: Petar Stoyanoviç, 45+1 ("Dinamo", Z, ikinci sarı)
Xal durumu: "Sevilya" - 10, "Yuventus" - 8, "Lion" - 4, "Dinamo" Zq - 0.