Çempionlar Liqası: “Real” yarımfinala yüksəlib
Futbol
- 17 aprel, 2024
- 21:56
İspaniyanın “Real" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” kollektivini penaltilər seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.
“Report” xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
“Real”ın heyətində Rodriqo (12), “şəhərlilər”dən isə De Bruyne (76) fərqlənib. Əsas vaxt heç-heçə bitdiyindən (ilk oyun - 3:3) mübarizə əlavə vaxtda davam edib.
Pep Qvardiolanın yetirmələrinin böyük üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penaltilər seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.
Xatırladaq ki, daha öncə "Bavariya" – "Arsenal" matçında münasibətlərə aydınlıq gətirilib.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14