"Çelsi"nin futbolçusu Pedru Netu tezliklə "Əl-Hilal"a keçə bilər

Futbol
  • 18 avqust, 2026
  • 16:35
Çelsinin futbolçusu Pedru Netu tezliklə Əl-Hilala keçə bilər

İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedru Netu tezliklə "Əl-Hilal"a keçə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı cinah oyunçusunu transfer etmək üçün fəal çalışır.

Ər-Riyad komandasl 26 yaşlı portuqaliyalı vingerə yüksək maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırdır.

Xatırladaq ki, Pedru Netunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

44 - Tezliklə