Bu gün AFFA-nın XXV Hesabat Konfransı keçiriləcək

Futbol
  • 07 mart, 2018
  • 03:32
Bu gün AFFA-nın XXV Hesabat Konfransı keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün AFFA-nın XXV Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

“Report” xəbər verir ki, "Bulvar otel”də baş tutacaq tədbir saat 10:00-da start götürəcək. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

- Prezident tərəfindən salamlama 

- Yığıncağın tərkibinin yoxlanılması 

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması - Maliyyə hesabatının təsdiq olunması 

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq 

- Növbəti ilin büdcəsinin təsdiq olunması 

- Hər hansı vakant vəzifəyə seçkilər 

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması 

- Digər məsələlər