"Brügge" klubunun hücumçusu Xristos Tzolis "Arsenal"a keçə bilər

Futbol
  • 11 iyul, 2026
  • 10:24
Brügge klubunun hücumçusu Xristos Tzolis Arsenala keçə bilər

Belçikanın "Brügge" klubunun hücumçusu Xristos Tzolis "Arsenal"a (İngiltərə) keçə bilər.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Topçular" bu yay London klubuna keçməkdə maraqlı olan 24 yaşlı yunan futbolçunun əhatəsi ilə əlaqə saxlamaqda davam edir.

"Arsenal" ona Türkiyənin "Beşiktaş" klubunun fəal şəkildə maraqlandığı Leandro Trossardın potensial əvəzləyicisi kimi baxır.

Qeyd edək ki, Xristos Tzolisin "Brügge" ilə 2029-cu ilədək qüvvədə olan müqaviləsi var. "Transfermarkt" portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 52 matçda 22 qol vurub və 29 məhsuldar ötürmə edib.

44 - Tezliklə