"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
- 15 sentyabr, 2025
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Benfika" "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyib.
"Report"un məlumatına görə, bunu Portuqaliya klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:
"Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik. Qarşıda çox matç var. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.