Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
- 26 noyabr, 2026
- 17:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 10-dan artıq ölkəyə 18 milyon 392 min 916 ton neft ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Çexiya və Hindistan daxildir.
2026-ci ilin 10 ayında Azərbaycan İtaliyaya 6 milyard 812 milyon 48 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637 ton, Çexiyaya 974 milyon 771 min ABŞ dolları dəyərində 1 milyon 413 min 395 ton, Hindistana isə 666 milyon 532 min ABŞ dolları dəyərində 830 min 49 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-oktyabr aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən |
| 1 | İtaliya | 10 532 637 | -12,8 % | 6 812 048 | +9,3 % |
| 2 | Çexiya | 1 413 395 | +8,1 % | 974 771 | +39 % |
| 3 | Hindistan | 830 049 | +3,3 dəfə | 666 532 | +5,3 dəfə |
| 4 | Rumıniya | 1 027 111 | +18,1 % | 653 588 | +1,4 dəfə |
| 5 | Almaniya | 716 764 | -25 % | 474 735 | -5,4 % |
| 6 | Bolqarıstan | 440 759 | +5,6 dəfə | 330 738 | +6,9 dəfə |
| 7 | Tunis | 491 217 | +1,6 dəfə | 315 552 | +2 dəfə |
| 8 | İndoneziya | 428 786 | +3,3 dəfə | 287 910 | +4 dəfə |
| 9 | Portuqaliya | 395 032 | -51 % | 221 958 | -48,5 % |
| 10 | İsveçrə | 286 774 | +1,7 dəfə | 206 298 | +2,1 dəfə |
| Digərləri | 1 830 391 | x | 1 217 837 | x | |
| Cəmi | 18 392 916 | -11,4 | 12 161 967 | +12,1 |
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.