"Barselona"nın uduzduğu matça baş hakim 14 dəqiqə əlavə edib

Futbol
  • 24 aprel, 2022
  • 21:33
Barselonanın uduzduğu matça baş hakim 14 dəqiqə əlavə edib

"Barselona" klubu İspaniya La Liqasının XXI turundan təxirə salınmış görüşdə "Rayo Valyekano"nu qəbul edib.

"Report"un məlumatına görə, "Kamp Nou" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 7-ci dəqiqədə Alvaro Qarsiya vurub.

Qarşılaşmanın baş hakimi İsidro Dias de Mera matça 14 dəqiqə əlavə edib.

Bu məğlubiyyətdən sonra 33 oyuna 63 xalla 2-ci yerdə gedir. "Rayo Valyekano" 40 xalla 11-cidir. Turnir cədvəlinə 78 xalla "Real Madrid" başçılıq edir.