"Barselona"nın əsas müdafiəçisi yenidən zədələndi
Futbol
- 04 mart, 2021
- 13:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun aparıcı futbolçularından hesab edilən Jerar Pike yenidən zədələnib.
"Report" Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Sevilya"nı 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə sıradan çıxıb.
İspaniyalı oyunçu sağ dizindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
Qeyd edək ki, Jerar Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə oynaya bilməyib. Təcrübəli futbolçu fevralın 16-da Fransa PSJ-sinə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə yaşıl meydanlara qayıtmışdı. Kataloniya klubu həmin vaxt 1:4 hesabı ilə uduzub.
Son xəbərlər
06:14
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Digər ölkələr05:53
Çin "SatNet" aşağıorbitli rabitə peyklərinin 27-ci qrupunu uğurla orbitə çıxarıb
Digər ölkələr05:27
Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
Digər ölkələr04:51
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
Digər ölkələr04:19
ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
Digər ölkələr04:00
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Region03:32
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Digər ölkələr03:01
Tramp: ABŞ ordusunun Hörmüzə nəzarəti dizelin qiymətini azaldacaq
Digər ölkələr02:39