"Barselona" Ansu Fati ilə müqavilə müddətini uzada bilər
- 26 mart, 2025
- 19:18
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu Ansu Fati ilə müqavilənin müddətini uzada bilər.
“Report” “Diario Sport”a istinadən xəbər verir ki, klub hücumçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.
Bu anlaşma onun maaşının daha uzun müddət ərzində verilməsinə imkan yaradacaq və bununla da yay "transfer pəncərəsi" ərəfəsində "maliyyə feyr-pleyi"nə daha yaxşı riayət olunmasını təmin etmək üçün büdcəyə düşən yükü azaldacaq.
Futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 22 yaşlı vinger hazırkı şərtlərə əsasən 2025/2026 mövsümündə 12 milyon avro, 2026/2027 mövsümündə isə 14 milyon avro qazanmalıdır. Müqavilə müddəti uzadılacağı təqdirdə illik məvacib 5,2 milyon avro təşkil edəcək.
Kataloniya klubu 2022-ci ildə eyni sxemdən istifadə edərək Samuel Umtiti ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.
Qeyd edək ki, A.Fati bu mövsüm La Liqada 4 oyun keçirib. O, sonuncu dəfə yanvarın 4-də kubok matçında meydana çıxıb.