"Barselona" 111 ildən sonra mövsümə ardıcıl 7 qələbə ilə başlayıb

Futbol
  • 17 sentyabr, 2026
  • 10:07
Barselona 111 ildən sonra mövsümə ardıcıl 7 qələbə ilə başlayıb

İspaniyanın "Barselona" futbol komandası 111 il ərzində ilk dəfə mövsümə bütün rəsmi yarışlar daxil olmaqla ardıcıl 7 qələbə ilə başlayıb.

"Report" "MisterChip"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın VI turunda "Rasinq"i məğlub etməklə nail olub.

Hazırkı ölkə çempionu sonuncu dəfə 1915/1916 mövsümündə ardıcıl 7 qalibiyyətə imza atıb. Həmin vaxt komanda 44 qol vurmuşdusa, cari mövsümdə 33 dəfə fərqlənib.

Xatırladaq ki, "Barselona" 18 xalla La Liqada liderdir.