Bakıda minifutbol üzrə dünya çempionatında İspaniya Serbiyaya böyük hesabla uduzub

Futbol
  • 24 may, 2025
  • 19:12
Bakıda minifutbol üzrə dünya çempionatında İspaniya Serbiyaya böyük hesabla uduzub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, H qrupunun II turunda İspaniya yığması Serbiya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma serblərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupun digər görüşündə İsrail Qanaya 4:0 hesabı ilə qalib gəlib.

FOTO: Mircavid Eminoğlu

44 filmi