Azərbaycanın U-21 millisinin üzvü: "Futbolda belə anlar da olur"

Futbol
  • 13 oktyabr, 2023
  • 13:40
Azərbaycanın U-21 millisinin üzvü: Futbolda belə anlar da olur

"Təəssüf ki, penaltini qola çevirə bilmədik. Amma futbolda belə anlar da olur".

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin üzvü Abdulla Rzayev Bakıda Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Sağ cinah müdafiəçisi matça yaxşı start verdiklərini bildirib: "Görüşə yaxşı hazırlaşmışdıq. Rəqibi də təhlil etmişdik. Qol imkanlarımız oldu, amma təəssüf ki, yararlana bilmədik".

Rzayev Lüksemburqla qarşıdakı oyuna köklənəcəklərini söyləyib: "Meydana qələbə üçün çıxacağıq. Üç xal əldə edərək azarkeşləri sevindirmək istəyirik".

Qeyd edək ki, Azərbaycanın U-21 millisi ilk matçda səfərdə Serbiyaya 0:2 hesabı ilə məğlub olub.

44 - Tezliklə