Azərbaycanın U-21 millisi növbəti dəfə məğlub olub

Futbol
  • 26 mart, 2024
  • 13:51
Azərbaycanın U-21 millisi növbəti dəfə məğlub olub

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

"Qarabağ Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

44 - Tezliklə