Azərbaycanın U-20 millisi Moldovaya uduzub

Futbol
  • 03 oktyabr, 2026
  • 20:14
Azərbaycanın U-20 millisi Moldovaya uduzub

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.