Polşada NATO aviasiyası Ukraynadakı hava həyəcanı səbəbindən havaya qaldırılıb

Digər ölkələr
  • 20 noyabr, 2026
  • 10:17
Polşada NATO aviasiyası Ukraynadakı hava həyəcanı səbəbindən havaya qaldırılıb

Polşa və onun NATO üzrə müttəfiqlərinin aviasiyası Ukraynadakı hava həyəcanı fonunda növbə çəkir.

"Report" xəbər verir ki, bu barədə Polşa mediası ölkənin Silahlı Qüvvələrinin Operativ Komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri də ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

"Bu əməliyyatlar preventiv xarakter daşıyır və xüsusilə təhlükə zonalarına bitişik ərazilərdə hava məkanının təhlükəsizliyini və müdafiəsini təmin etməyə yönəlib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı cari vəziyyəti izləyir, tabeliyində olan qüvvə və vasitələr isə dərhal reaksiya verməyə hazır vəziyyətdədir", - məlumatda bildirilir.

44 filmi