Azərbaycanda oyun zamanı dalaşan futbolçular cəzalanıb

Futbol
  • 08 aprel, 2022
  • 10:45
Azərbaycanda oyun zamanı dalaşan futbolçular cəzalanıb

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda XIX turun MOİK – “Sabah-2” matçında dalaşan futbolçuları cəzalandırıb.

"Report" xəbər verir ki, bunlar “Sabah-2”nin oyunçusu Mixeil Erqemlidze və MOİK-in üzvü Ruslan Voronsovdur.

Hər iki şəxs təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Onların klubları isə hərəyə160 manat cərimələnib.

Bundan başqa, MOİK-ə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 80 manat cərimə kəsilib.

44 - Tezliklə