Azərbaycan yığması UEFA İnkişaf turnirində çıxış edəcək

Futbol
  • 10 aprel, 2017
  • 11:59
Azərbaycan yığması UEFA İnkişaf turnirində çıxış edəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək UEFA İnkişaf turnirinə qatılacaq.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk rəqib Bosniya və Herseqovina olacaq.

Digər oyunlar isə aprelin 19-da təşkilatçı ölkəyə, aprelin 21-də isə Qazaxıstana qarşı keçiriləcək. Bütün görüşlər saat 11:00-da başlayacaq. 

Yığma Podqoritsaya bu heyətlə yollanacaq:

SOYADADKLUB
ƏskərzadəElviraFidan
ƏliyevaNərgizMingəçevir
GözəlovaMinarəTəhsil
QurbanovaLamiyəQəbələ
MirzəliyevaNigarMingəçevir
NiftəliyevaLəmanFidan
ƏlizadəLamiyəTəhsil
İldırımovaJaləSumqayıt
ƏbdülrəhmanovaFidanAraz
MuradovaAysunZaqatala
NemətovaAytacTəhsil
ƏliyevaUmnisəFidan
ƏhmədliNərminTəhsil
ƏliyevaCoşqunəMingəçevir
BayramovaRamiləTəhsil
MustafazadəLəmanİmişli
RəhimovaSonaTəhsil
AbulashviliAnnaQəbələ