Azərbaycan yığması Bakıda Macarıstanla yoldaşlıq görüşü keçirəcək

Futbol
  • 17 aprel, 2018
  • 07:02
Azərbaycan yığması Bakıda Macarıstanla yoldaşlıq görüşü keçirəcək

Bakı. 17 aprel. REPORT.AZ/ 21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq görüşü keçirəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə rəqib Macarıstanın müvafiq yaş qrupuna aid komandası olacaq. İyunun 4-də nəzərdə tutulan görüş Rəşad Sadıqovun yığmaya baş məşqçi təyinatından sonra ilk dəfə Bakıda təşkil ediləcək.  

Qeyd edək ki, daha əvvəl Azərbaycanın U-21 yığmasının iyunun 4-də Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcəyi açıqlanıb. 

44 - Tezliklə