Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası və futbolçusu açıqlanıb
- 24 avqust, 2018
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası açıqlanıb.
"Report"un məlumatına görə, "InStat Sport"un təhlili nəticəsində "11-lik"də "Qarabağ"ın 5 oyunçusu yer alıb. Bunlar qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Yakub Jezniçakla Abbas Hüseynov və yarımmüdafiəçi Mahir Mədətovla Filip Ozobiçdir. "Sumqayıt"dan 3 oyunçu - müdafiəçi Şəhriyar Əliyev, yarımmüdafiəçi Əli Babayevlə Arif Daşdəmirov fərqləndirilib. Ən yaxşı hücumçular isə "Sabah"dan Marko Deviçlə "Keşlə"dən Andre Klennon sayılıb.
Rəmzi komandaya "Neftçi", "Zirə", "Qəbələ" və "Səbail"dən heç bir oyunçu düşməyib.
Turun ən yaxşı futbolçusu adına isə "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç layiq görülüb.