Azərbaycan Premyer Liqasının ən yaxşı ev və səfər komandaları müəyyənləşib

Futbol
  • 22 may, 2018
  • 11:08
Azərbaycan Premyer Liqasının ən yaxşı ev və səfər komandaları müəyyənləşib

Bakı. 22 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı ev və səfər komandaları müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatı ilk “üçlük”də başa vuran “Qarabağ”, “Qəbələ” və “Neftçi” öz meydanlarında da hamıdan öndə olub. Ağdam klubu 33, digər 2 komanda 23 xal toplayıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv həm də səfərdə hamıdan güclü olmağı bacarıb – 32 xal. 

"Qəbələ" bu göstəricidə də 2-cidir – 24 xal. 22 xal toplayan “Zirə” rəqib meydanlarında yaxşı nəticə göstərən 3-cü komandadır.

İlk iki yer kimi, son 3 pillə də yekunda, evdə və səfərdə dəyişməz qalıb. “Keşlə” 6-cı, “Səbail” 7-ci, “Kəpəz” sonuncudur. “Kəpəz” səfərdə evdəkindən çox xal toplayan yeganə komandadır. “Zirə” isə hər iki meydanda eyni – 22 xal toplayıb.

Öz meydanında

1.Qarabağ14103118 - 4 +1433
2.Qəbələ1474320 - 12+825
3.Neftçi1474322 - 16+625
4.Sumqayıt1472517 - 14+323
5.Zirə1464421 - 18+322
6.Keşlə1453616 - 18–218
7.Səbail14419 7 - 18–1113
8.Kəpəz141310 8 - 26–186
Rəqib meydanında
1.Qarabağ14102219 - 9 +1032
2.Qəbələ1473423 - 14+924
3.Zirə1464415 - 12+322
4.Neftçi1470717 - 12+521
5.Sumqayıt1445517 - 19–217
6.Keşlə1434713 - 21–813
7.Səbail1424812 - 21–910
8.Kəpəz14221010 - 21–118