Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür

Futbol
  • 12 aprel, 2024
  • 05:03
Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

"Report" xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.