Azərbaycan Özbəkistanla idman infrastrukturunun yaradılmasını müzakirə edib

Futbol
  • 02 avqust, 2022
  • 07:17
Azərbaycan Özbəkistanla idman infrastrukturunun yaradılmasını müzakirə edib

Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin idmanın inkişafı naziri Adxam İkramovla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Federasiyanın prezidenti özünün "Twitter" hesabında yazıb.

"Görüşdə futbolun inkişafı sahəsində əməkdaşlıq potensialını, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində idman infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik", - O. Məmmədov qeyd edib.