​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

Futbol
  • 02 noyabr, 2015
  • 13:30
​Azərbaycan-Moldova oyununun biletləri satışa çıxarılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, VIP sektorlara biletlərin qiyməti 10 manat, digər yerlərə isə 1 manatdır.

Biletləri "28 Mall" ticarət mərkəzindən, "Bakcell"in "Sahil" müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

44 - Tezliklə