Azərbaycan millisinin rəqibi İngiltərə ilə qarşılaşacaq

Futbol
  • 31 yanvar, 2015
  • 06:18
Azərbaycan millisinin rəqibi İngiltərə ilə qarşılaşacaq

Bakı. 31 yanvar. REPORT.AZ/ İtaliya və İngiltərənin futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşma martın 31-də Turindəki "Yuventus" stadionunda təşkil olunacaq. 

Bu matçdan 4 gün əvvəl İtaliya Bolqarıstanla, İngiltərə isə Litva ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək. 

Qeyd edək ki, İtaliya yığması AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.