Azərbaycan millisinin məşqçisi rəqiblərin oyunlarını izləyəcək

Futbol
  • 16 mart, 2018
  • 13:35
Azərbaycan millisinin məşqçisi rəqiblərin oyunlarını izləyəcək

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında qrup rəqibləri olan Kosovo və Farer adaları yığmalarının yoldaşlıq görüşlərini izləyəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı baş məşqçi Qurban Qurbanov göstəriş verib.

E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmalarına canlı baxacaq.

Qeyd edək ki, Millətlər Liqasında Azərbaycanın daha bir rəqibi Maltadır.