Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
  • 01 dekabr, 2022
  • 11:30
Azərbaycan millisinin futbolçusu Sabahın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev "Sabah" klubunun tarixində ən çox matça çıxan oyunçu olub.

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi bunu "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XV tur oyununda bacarıb.

Paytaxt təmsilçisində 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, "Sabah"ın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Qeyd edək ki, Amin Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.

44 - Tezliklə