Azərbaycan millisinin baş məşqçisi: Reallıqlarla barışmaq lazımdır

Futbol
  • 30 avqust, 2024
  • 07:13
Azərbaycan millisinin baş məşqçisi: Reallıqlarla barışmaq lazımdır

Reallıqlarla barışmaq lazımdır.

"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis heyət seçimindən və hazırlıqlardan danışıb:

"Siyahıda 50 oyunçunun adı var idi. Bu, onların arasından seçdiklərimizdir. Biz gələcək üçün komanda qurmağa hazırlaşırıq. Köklü dəyişiklik etməyə gərək yoxdur. Futbolçularla ilk dəfə çalışacam. Fiziki hazırlıqda dəyişiklik etmək imkanımız yoxdur. Klublarında necədirsə, elə də olacaq. Hazırlıq bazası bu olacaq. Rəqabətədavamlı komanda yaratmaq istəyirik".

Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

44 - Tezliklə