Azərbaycan milli komandası FİFA reytinqində irəliləyib

Futbol
  • 05 may, 2016
  • 07:37
Azərbaycan milli komandası FİFA reytinqində irəliləyib

Bakı. 5 may. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. 

Ötən ay olduğu kimi yenə 269 xalı olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 133-cü pilləyə yüksəlib. 

Qeyd edək ki, siyahıya 1532 xalla Argentina başçılıq edir.