ABŞ-də 11 sentyabr terror aktları işi üzrə iclasın tarixi açıqlanıb
- 27 avqust, 2026
- 03:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2001-ci il 11 sentyabr terror aktları işi üzrə əsas təqsirləndirilən şəxslərin məhkəmə prosesi 2028-ci il iyunun 5-də ABŞ-nin Quantanamodakı hərbi bazasında başlayacaq.
"Report" "The New Yort Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Maykl Şramın qərarında deyilir.
Sənədə əsasən, terror aktlarının ehtimal edilən təşkilatçısı Xalid Şeyx Məhəmməd, Vəlid bin Əttaş, Mustafa əl-Həvsavi və Əmmar əl-Bəluçi kimi də tanınan Əli Əbdül Əziz Əli məhkəmə qarşısına çıxacaqlar. Qərarda deyilir ki, onların müdafiə tərəfi bu etirafların Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalarında işgəncə altında verildiyini iddia edərək əsas etirafların iş materiallarından çıxarılmasına ardıcıl olaraq çalışır.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də 19 terrorçu dörd sərnişin təyyarəsini ələ keçirmişdi. Onlardan ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, digər ikisi isə Vaşinqtona yönəldilmişdi. Dördüncü təyyarə hədəfə çatmamışdı və Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğramışdı. Hücumlar nəticəsində 2 977 nəfər həlak olmuş, 6 000-dən çox insan isə yaralanmışdı.