Azərbaycan Kuboku: “Qəbələ” “Araz-Naxçıvan”la heç-heçə edib
Futbol
- 31 yanvar, 2024
- 13:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub.
“Dalğa Arena”da baş tutan qarşılaşmada hesabı “qırmızı-qaralar” açıblar. 11-ci dəqiqədə Samuel Tetteh fərqlənib. Lakin Naxçıvan təmsilçisi 45-ci dəqiqədə Elvis Maşikenin sayəsində bərabərlik qolunu vurub.
78-ci dəqiqədə “Qəbələ” meydanda azlıqda qalıb. Braziliyalı müdafiəçi Lukas Afriko birbaşa qırmızı vərəqə alıb. Tərəflərin cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara qol vurulmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək.
Son xəbərlər
16:56
Moskva yaxınlığında insanları köləliyə məcbur edən cinayətkar dəstənin üzvləri saxlanılıb
Region16:54
Foto
Ramin Məmmədov Kürdəmirdəki məscidləri ziyarət edib, din xadimləri ilə müzakirə aparıb
Din16:53
Ramil Həsən Qırğızıstan spikeri ilə TÜRKPA-nın 15-ci plenar iclasına hazırlığı müzakirə edib
Xarici siyasət16:48
Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ekologiya16:48
Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
Analitika16:45
Foto
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub
Fərdi16:43
EIB investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərəcək
Maliyyə16:38
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Futbol16:37