Ayxan Abbasov: "Futbolçulara müdafiədə oturmaq siqnalı vermək istəmirdik"
- 19 fevral, 2021
- 16:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"Çətin oyun idi. "Qarabağ"ın gücünü bilirik. İki fərqli hissə oldu. Rəqibin ilk dəqiqələrdəki təzyiqini gözləyirdik".
"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, qapıçıları Mehdi Cənnətov komandanı məğlubiyyətdən xilas etdi: "Son dəqiqələrdə yaxşı qurtarışları oldu. "Qarabağ"la oyunda qol imkanın az olur. Bir xal bizim üçün önəmlidir. Qış fasiləsindən sonra pis başlamamışıq".
Abbasovun sözlərinə görə, Höccət Haqverdinin zədə alması planları dəyişib: "İrəlidəki futbolçular çox çalışdı. Bilirdim ki, yorulacaqlar. Futbolçulara müdafiədə oturmaq siqnalı vermək istəmirdik. Hücumçuları meydana buraxıb irəlidə rəqibə təzyiq etməyə çalışdıq".