​Avropanın aparıcı klublarının skautları Bakıya gələcək

Futbol
  • 20 aprel, 2016
  • 11:31
​Avropanın aparıcı klublarının skautları Bakıya gələcək

Bakı. 20 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatını Avropanın aparıcı klublarının skautları izləyəcək. "Report"un məlumatına görə, artıq səfərlə bağlı AFFA-ya müraciət ünvanlanıb.

Paytaxta gələn qonaqlar sırasında İngiltərənin “Mançester Siti” və “Arsenal”, İspaniyanın “Sevilya”, Portuqaliyanın “Portu” klubunun skautları yer alacaq.

Qeyd edək ki, Avropa çempionatı 5-21 mayda keçiriləcək.