Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
  • 05 noyabr, 2022
  • 07:17
Avropa Liqası: Qarabağ - Frayburq oyunu azarkeş sayına görə 6-cı olub

UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.

"Report"un məlumatına görə, 16 matçda ümumilikdə 370000-dən çox tamaşaçı iştirak edib.

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.

Ən çox fanat isə "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub.

Qeyd edək ki, "Qarabağ" qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. "Köhlən atlar" UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

44 filmi