Avropa Liqası: “Barselona”nın 24 illik seriyası qırılıb, Di Mariya het-triklə “Yuventus”un tarixinə düşüb
- 24 fevral, 2023
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının pley-off mərhələsində favoritlərin mübarizəsində İngiltərə klubu “Mançester Yunayted” evdə İspaniya “Barselona”sına 2:1, İtaliya təmsilçisi “Yuventus” isə Fransa komandası “Nant”a səfərdə 3:0 hesabı ilə qalib gələrək, mübarizəni davam etdiriblər.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər iki qarşılaşma ilə bağlı maraqlı statistik məlumatları dərc edib.
- İngiltərə klubu “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olan İspaniya təmsilçisi “Barselona” 24 ildən sonra ilk dəfə marta avrokuboklardan kənarda qalmış komanda kimi girəcək. Kataloniyalılar sonuncu dəfə 1998/1999 mövsümünün dekabrında Avropa arenasından uzaqlaşdırılıb.
- “Barselona” cəmi 1 il 77 gün ərzində dörd dəfə avrokuboklardan kənarlaşdırılıb. Bunun ikisi Çempionlar Liqasına, ikisi isə Avropa Liqasına təsadüf edir.
- Xavi Ernandesin kollektivi İspaniya La Liqasında etibarlı müdafiəsi (22 oyunun 17-də qapısında qol görməyib) ilə seçilsə də, avrokuboklarda keçirdiyi 8 matçın hamısında mərkəzə dəvət edilərək, ən uğursuz göstəricisinə imza atıb.
- “Barselona”nın avrokuboklardakı enişi davam edir. Komanda artıq ardıcıl 5-ci mövsümdür ki, əvvəlindən zəif çıxış edir.
2018/2019 mövsümü – Çempionlar Liqasının yarımfinal mərhələsi
2019/2020 - Çempionlar Liqasının 1/4 finalı
2020/2021 – Çempionlar Liqasının 1/8 finalı
2021/2022 – Çempionlar Liqasının qrupu + Avropa Liqasının 1/4 finalı
2022/2023 – Çempionlar Liqasının qrupu + Avropa Liqasının pley-off mərhələsi.
- “Old Trafford”dakı məğlubiyyətə qədər “Barselona” birinci hissəni öndə bitirdiyi ardıcıl 37 matçın heç birində uduzmayıb. Bunadək kataloniyalılar axırıncı dəfə 2021-ci ilin aprelində “Qranada” ilə çempionat qarşılaşmasında fasiləyə öndə yollansa da, sonda rəqibinə uduzublar.
- “Barselona” üçün kiçik təsəlli: Robert Levandovski bu mövsüm klubun heyətində bütün turnirlərdə 25 qol vurub. Bu, polşalı hücumçunun minimum 25 qol vurduğu ardıcıl 12-ci mövsümdür.
- “Mançester Yunayted” bütün turnirlərdə keçirdiyi ev görüşlərində məğlubiyyətsizlik seriyasını 18 matça yüksəldib - 16 qələbə, 2 heç-heçə.
- “Mançester Yunayted”in futbolçuları bu mövsüm ehtiyatdan oyuna qoşularaq 19 qola imza atıblar. “Barselona” ilə qarşılaşmada Entoni fasilədən sonra əvəzetmədən meydana daxil olaraq, komandasına qələbə qazandıran qola imza atıb. Bu göstəriciyə görə, “qırmızı şeytanlar” Avropanın “Top-5” liqalarında hamını qabaqlayır. Onların əvəzediciləri bütün yarışlarda 15 matçda qol vurub. İngiltərə klubunun ehtiyat qüvvəsi bütün turnirlərin 15 matçında fərqlənməyi bacarıb.
- İtaliyanın “Yuventus” klubunun Fransa təmsilçisi “Nant”ı 3:0 hesabı ilə üstələdiyi görüşdə hər üç topun müəllifi Anxel Di Mariya olub. Bununla argentinalı karyerasında üçüncü het-trikini edib.O, 2010-cu ildə “Benfika”da, 2018-ci ildə isə PSJ-də olarkən bir qarşılaşmada het-trikə imza atıb.
- Di Mariya 1970/1971 mövsümündə Adriano Novellini, 1984/1985 mövsümündə Paolo Rossi və 1997/1998 mövsümündə Filippo İnzagidən sonra “Yuventus”un heyətində səfər matçında het-trik edən dördüncü oyunçudur