“Atletiko Madrid”lə oyun zamanı Poqbanın evi qarət edilib

Futbol
  • 17 mart, 2022
  • 04:00
“Atletiko Madrid”lə oyun zamanı Poqbanın evi qarət edilib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyun zamanı evinin qarət edildiyini açıqlayıb. Bu zaman onun uşaqları evdə olublar.

“Report” xəbər verir ki, bu barədə P.Poqba tviter hesabında yazıb.

O qeyd edib ki, qarətçilər evdə olan zaman onun övladları yatrımış. Futbolçu bildirib ki, oğrular evdə olan bütün qiymətli əşyaları aparıblar.

Xatırladaq ki, iki oyunun nəticəsinə görə “Mançester Yunayted” “Atletiko Madrid”ə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib.

44 filmi