Asif Əliyev: "Neftçi" - "Sabah" matçında heç-heçə olacağını düşünürəm"

Futbol
  • 09 oktyabr, 2026
  • 12:55
Asif Əliyev: Neftçi - Sabah matçında heç-heçə olacağını düşünürəm

Misli Premyer Liqasının VII turunun "Neftçi" - "Sabah" oyununda heç-heçə ehtimalı yüksəkdir.

Bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Asif Əliyev deyib.

O, komandaların şanslarını dəyərləndirib:

"Futboldur, hər şey ola bilər. Lakin bu oyunda heç-heçə olacağını düşünürəm. "Neftçi" evdə yaxşı oynayır, "Sabah" da güclü komandadır. Oktyabrın 13-də Çempionlar Liqasında da matçları var, ola bilsin, bütün güclərini meydana qoymasınlar. Hər iki komandanın şansı var. Hansısa tərəfin qalib gələcəyini əminliklə demək mümkün deyil".

A.Əliyev "Neftçi"nin mövcud durumundan söz açıb:

"Komandanın çıxışı pis deyil, heyəti normaldır. Yalnız müdafiədə bir az problemlər var. "Sabah" isə hücumda çox güclüdür. Məncə, "Neftçi" müdafiəyəmeyilli oyun nümayiş etdirəcək, bəlkə də 5-4-1 sxeminə üstünlük verəcək. Əsas məqsəd xal qazanmaq olmalıdır".

Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı bu gün "Palms Sports Arena"da, saat 19:30-da başlanacaq. "Neftçi" 15 xalla birinci, eyni xala malik "Sabah" isə ikinci pillədə qərarlaşıb.