Kamboca Azərbaycan biznesini Cənub-Şərqi Asiya bazarlarına dəvət edir
- 12 oktyabr, 2026
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Kamboca Azərbaycan şirkətlərini Cənub-Şərqi Asiya regionuna fəal şəkildə bazarlarına çıxmağa çağırır.
"Report" xəbər verir ki, bunu Kamboca Ticarət Palatasının prezidenti və ASEAN İşgüzar Məsləhət Panelinin sədri Niak Oknha Kit Menq (Neak Oknha Kith Meng) Azərbaycan-Kamboca biznes forumu çərçivəsində bildirib.
O vurğulayıb ki, qlobal iştirakı genişləndirməyi, aktivlərini şaxələndirməyi və yeni satış bazarlarına çıxmağı hədəfləyən Azərbaycan müəssisələrində əhəmiyyətli dərəcədə açılmamış potensial görür.
Ticarət Palatasının rəhbəri diqqətə çatdırıb ki, iki dövlət arasındakı iqtisadi və ticarət məkanı hələ ki, mənimsənilməmiş qalan əhəmiyyətli perspektivlərə malikdir: "Hazırda ikitərəfli ticarət göstəriciləri böyük olmasa da, Azərbaycan və Kambocanın iqtisadi qarşılıqlı tamamlayıcılığı aşkardır. Azərbaycan böyük enerji və sənaye mərkəzi rolunda özünü təsdiqləməkdə davam edir, Kamboca isə dinamik kənd təsərrüfatı məhsulları istehsalçısı və Cənub-Şərqi Asiyaya ticarət qapısı statusuna doğru irəliləyir. Belə şəraitdə dövlətlərimiz arasında qarşılıqlı faydalı tərəfdaşlıq imkanları misilsiz səviyyəyə çatıb".
Bununla əlaqədar olaraq, Ticarət Palatasının rəhbəri Azərbaycanın dövlət qurumlarına və özəl sektoruna dörd strateji istiqamət üzrə qarşılıqlı fəaliyyət perspektivlərini araşdırmaq təklifi ilə müraciət edib: "Buraya aqrosənaye kompleksi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji infrastrukturu və Kambocanın enerji təchizatının dayanıqlığının artırılması, sənaye infrastrukturu və enerji keçidi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, qabaqcıl infrastruktur həllərinin tətbiqi daxildir".