"Arsenal" azarkeşləri Ronaldunun vəfat edən uşağının xatirəsini oyun vaxtı yad edib

Futbol
  • 23 aprel, 2022
  • 11:52
Arsenal azarkeşləri Ronaldunun vəfat edən uşağının xatirəsini oyun vaxtı yad edib

"Arsenal" azarkeşləri "Mançester Yunayted"ə qarşı keçirdikləri İngiltərə Premyer Liqasının XXXIV tur oyununda anlamlı jest edib.

"Report"un məlumatına görə, bu, rəqib futbolçu Kriştianu Ronaldunun yeni doğulan əkiz övladlarından birinin dünyasını dəyişməsi ilə əlaqədardır.

Fanatlar matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldu qarşılaşmaya start heyətdə başlayıb.

Qeyd edək ki, hazırda "Arsenal" 1:0 hesabı ilə öndədir.