"Araz-Naxçıvan"ın baş məşqçisi: "Böyük futbol xırda detallardan ibarətdir"
- 25 aprel, 2026
- 20:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük futbol xırda detallardan ibarətdir.
"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis səfərdə "Qəbələ" ilə heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu gün oyunumuz alındı. Birinci hissədə matça nəzarət etdik. Rəqibin sürətli əks-hücumlara çıxdığını bilirdik. Bu üstünlükləri qola çevirmək olur. Sən qol vurmursansa, qapında top görəcəksən. Bu da başımıza gəldi".
O, matçın sonunda fərqlənmək imkanlarının olduğunu da əlavə edib:
"Amma alınmadı. Qalib gələ və ya uduza da bilərdik".
A.Demçenko komandanı özünün qurmadığını vurğulayıb:
"Əlimizdə olan futbolçularla oynayırıq. Heyəti məndən əvvəlki mütəxəssis formalaşdırıb. Turnir cədvəli yaxşı pillədə olmadığımızı göstərir. Lakin hər oyun bizə müəyyən şans verir. Komanda yaxşı futbol sərgiləyəndə xallar qazanır".