Aftandil Hacıyev: "Rəhbərlik ilk qələbəyə görə mükafat söz verib"
Futbol
- 14 avqust, 2021
- 16:43
"İlk oyunlar hər zaman həyəcanlı keçir. Maraqlı qarşılaşma alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik".
"Report"un məlumatına görə, bunları "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis heyətin tam komplektləşmədiyini bildirib: Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Heyətimizə yeni oyunçular cəlb etmişik. Bu oyunu unudub, növbəti matça köklənməliyik".
O, qələbəyə görə mükafat veriləcəyini istisna etməyib: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq".
Son xəbərlər
14:09
Azərbaycanda istifadəsinə icazə verilmiş yeni sort hibrid və cinslər Dövlət Reyestrinə daxil edilib
ASK14:06
Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb
Xarici siyasət14:01
Foto
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib - YENİLƏNİB
Xarici siyasət14:01
Foto
Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb
Xarici siyasət14:00
Foto
Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub
Daxili siyasət13:55
Norveçli olimpiya çempionu vəfat edib
Fərdi13:50
Lavrov: Rusiya Trampın Ukrayna böhranının həllinə can atdığına ümid edir
Region13:44
"Azəristiliktəchizat"ın yığılmış zərəri 133 milyon manatı keçib
Maliyyə13:44