AFFA rəsmisi Norveç klubunun oyununa təyinat alıb

Futbol
  • 27 noyabr, 2023
  • 05:57
AFFA rəsmisi Norveç klubunun oyununa təyinat alıb
Barış Şimşək

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveçdə yerli "Budyo-Qlimt" və İsveçrənin "Luqano" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da gerçəkləşəcək.

44 - Tezliklə