AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək
Futbol
- 03 may, 2016
- 07:03
Bakı. 3 may. REPORT.AZ/ Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın 40-cı növbəti Konqresi keçiriləcək. "Report"un məlumatına görə, Avropa futbol qurumuna 54 üzv assosiasiyanın qatılacağı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edəcək.
İclasda İcraiyyə Komitəsinə qadın üzv seçiləcək. Namizədlər norveçli Karen Espelund və fransalı Florans Arduendir. Espelund 2012-ci ildən bu vəzifədədir. O, UEFA-nın qadın futbolu komitəsinin də üzvüdür və əvvəllər Bakıda səfərdə olub. Arduen isə 2013-cü ilin fevralından Fransa Futbol Federasiyasının baş katibidir.
Milli assosiasiyalar Kosovo Futbol Federasiyasının UEFA-ya üzv seçilməsinə dair səsvermədə iştirak edəcəklər.
Son xəbərlər
01:36
UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
Futbol01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48
Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
Digər ölkələr23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12
"Çelsi" "Atalanta"dan ikinci müdafiəçini transfer edəcək
Futbol23:01