AFFA-nın tərkibindəki federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi müəyyənləşib
- 07 mart, 2018
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 mart. REPORT.AZ/ Ötən ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi 849 min 733 manat təşkil edib.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə Hesabatında qeyd olunub. Vəsait bu qayda ilə bölünüb:
AFFA-nın ayırdığı vəsait (manatla)
Futzal Federasiyası - 210,500.00
Futbol Veteranları İttifaqı - 178,693.00
Regional Futbol Federasiyası - 135,544.00
Uşaq və Gənclər Federasiyası – 100,000.00
Çimərlik Futbol Federasiyası - 92,150.00
Əlillər Futbol Federasiyası - 77,146.00
Peşəkar Futbol Liqası - 25,500.00
İctimai Futbol Federasiyası - 19,2900.00
Tələbə Futbol Federasiyası - 11,000.00
Qeyd edək ki, 2017-ci ildə digər sponsorlardan ödənilən 363 min 440 min manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan Futzal Federasiyasına köçürülüb.