AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

Futbol
  • 18 oktyabr, 2017
  • 08:55
AFFA Neftçinin futbolçusunu cəzalandırıb
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Derlis Meza Kollini 1 oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, buna 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail" ilə səfər oyunu zamanı ikinci sarı vərəqə alması səbəb olub. 

85-ci dəqiqədə meydandan kənarlaşdırılmış Meza Kolli həm də klubunu 200 manat ziyana salıb. 

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda Gəncədə "Kəpəz"lə üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək görüş saat 15:30-da başlayacaq.